Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarının final mərhələlərində ardıcıl 7 matçda qol vurmağı bacarıb.

Matc.az xəbər verir ki, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının qrup mərhələsinin III turunda İordaniya ilə qarşılaşmada (3:1) cərimə zərbəsindən rəqib qapısına yol tapıb.

Bu qol Messini dünya çempionatları tarixində ardıcıl 7 oyunda fərqlənən ilk futbolçu edib. Argentinalı ulduzun bu seriyası hələ DÇ-2022-nin pley-off mərhələsindən başlayıb və cari turnirdə də davam edib.

Bununla yanaşı, təcrübəli forvard dünya çempionatlarında vurduğu ümumi qolların sayını 19-a çatdıraraq özünə məxsus rekordu daha da təkmilləşdirib. Messi daha əvvəl 16 qolla kişilər arasında dünya çempionatlarının rekordunu əlində saxlayan Miroslav Klozeni geridə qoymuşdu. Lionel Messinin cari çempionatda artıq 6 qolu var: o, Əlcəzairlə matçda het-trik, Avstriyaya qarşı dubl edib, İordaniyanı isə 1 qolla məyus edib.

Qeyd edək ki, Argentina üçün bu qarşılaşma turnir baxımından böyük əhəmiyyət kəsb etmirdi, çünki komanda 1/16 finala vəsiqəni vaxtından əvvəl təmin etmişdi. Pley-offun ilk raundunda son dünya çempionları Kabo-Verde millisi ilə qarşılaşacaqlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest