“Zenit”in müdafiəçisi Yaroslav Rakitski Ukrayna millisindəki karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi instaqram hesabından məlumat yayıb.

O, yığmadakı karyerasını bitirdiyini deyib. Bu il ərzində millidən dəvət gözlədiyini bildirən Rakitski futbolun siyasətə çevirildiyini və artıq ayrılmaq qərarına gəldiyini vurğulayıb.

Qeyd edək ki, 2009-cu ildə Ukrayna millisində debüt edən Rakitski, 54 oyunda iştirak edib və 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest