"Real"ın hücumçusu Rodriqo tarixə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, buna Çempionlar Liqasının qrup mərhələsinin "Qalatasaray"la IV tur oyununda nail olub.

"Santyaqo Bernabeu"dakı görüşdə het-trikə imza atan Rodriqo bu turnirdə qol vuran ən gənc braziliyalı olub. Belə ki, o, 18 yaş 301 günündə fərqlənib.

Rodriqo həmçinin ÇL tarixində het-trik müəllifi olan ən gənc ikinci futbolçu ünvanına yiyələnib. "Sambaçı" indi yalnız sabiq "Real"lı Raul Qonzalesdən geri qalır. Raul 1995-ci ildə "Ferensvaroş"la matçda 18 yaş 113 günlüyündə 3 qol vurmuşdu.

Qeyd edək ki, "Real"ın "Qalatasaray"ı 6:0 hesabı ilə məğlub etdiyi oyunda Rodriqo 1 qol pası da verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest