10 Sentyabr 2026, 20:38
FUTBOL
"Sumqayıt"dan ayrılan serbiyalı yarımmüdafiəçi Aleksa Yankoviç rəsmən "Turan Tovuz" klubunun oyunçusu olub.
Matc.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, son olaraq "Sumqayıt"ın formasını geyinən serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.











