Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki debüt oyununda "Mançester Yunayted"ə 0:4 hesabı ilə uduzsa da, turnirin tarixinə düşən rekorda imza atıb.
Matc.az xəbər verir ki, "Sabah"ın start heyətində 11 fərqli ölkənin vətəndaşı yer alıb.
Bu, Çempionlar Liqasında qeydə alınan unikal göstəricidir. İndiyə kimi Çempionlar Liqasında bir komandanın start heyətinin 11 müxtəlif millətdən olan futbolçulardan təşkil olunması qeydə alınmayıb.
"Sabah"ın "Mançester Yunayted"ə qarşı start heyəti və futbolçuların ölkələri belə olub:
Stas Pokatilov (Qazaxıstan)
Akim Zedadka (Əlcəzair)
Rəhman Daşdəmirov (Azərbaycan)
Ayden Makkarti (Cənubi Afrika)
Timoteuş Puxaç (Polşa)
Umarali Rahmonəliyev (Özbəkistan)
İvan Lepinitsa (Xorvatiya)
Velko Simiç (Serbiya)
Kahim Parris (Yamayka)
Kristian Nvaçukvu (Nigeriya)
Coy-Lens Mickels (Ruanda)













