PSJ-nin və İspaniya millisinin hücumçusu Ferran Torres Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, azarkeşlər arasında keçirilən səsvermədə Torres Almaniyanın "Ştutqart" klubunun bosniya və hersoqovinalı hücumçusu Ermedin demiroviçi, İspaniya "Betis"inin müdafiəçisi Mark Bartranı və "Barselona"dakı sabiq komanda yoldaşı, braziliyalı vinger Rafinyanı geridə qoyub.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının Liqa mərhəəsinin ilk turunda doğma meydanda Slovakiyanın "Slovan" (Bratislava) klubunu 6:1 hesabı ilə darmadağın edib. Torres bu qarşılaşmada het-trik edərək matçın ən yaxşı oyunçusu seçilib.

İspaniyalı futbolçu üçün bu, PSJ-nin heyətində Çempionlar Liqasında ilk oyun olub. O, cari ilin yayında "Barselona"dan Paris klubuna 48,5 milyon avro qarşılığında transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest