UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turuna yekun vurulur.
Matc.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə altı qarşılaşma baş tutacaq.
Türkiyədə "Fənərbaxça" İtaliyanın "Roma" klubunu qəbul edəcək, Niderlandın PSV komandası isə Ukrayna "Şaxtyor"unu sınağa çəkəcək.
Gecənin ən çox maraq doğuran matçında Azərbaycan təmsilçisi "Sabah" İngiltərədə "Mançester Yunayted"in qonağı olacaq.
Digər qarşılaşmalarda isə Almaniya "Bavariya"sı Norveç "Budo-Qlimt"i ilə, İtaliya "Komo"su Almaniya "Leypsiq"i ilə, Çexiya "Slaviya"sı isə Fransa "Lans"ı ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
10 sentyabr
20:45. "Fənərbaxça" (Türkiyə) - "Roma" (İtaliya)
20:45. PSV (Niderland) - "Şaxtyor" (Ukrayna)
23:00. "Mançester Yunayted" (İngiltərə) - "Sabah" (Azərbaycan)
23:00. "Bavariya" (Almaniya) - "Budo-Qlimt" (Norveç)
23:00. "Komo" (İtaliya) - "Leypsiq" (Almaniya)
23:00. "Slaviya" (Çexiya) - "Lans" (Fransa)













