"Barselona" La Liqanın 15-ci turunda səfərdə "Atletiko" ilə qarşılaşıb. Matc.az xəbər verir ki, bu oyunda yerli azarkeşlər yayda Kataloniya klubuna transfer olunan Antuan Qrizmannı hədəf alıblar.
 
Oyunun əvvəlində isinmə hərəkətləri edən fransalı futbolçuya azarkeşlər "öl!" deyə, qışqırıblar.
 
Tribunalarda isə "Adın olsun istədin, oldu, ancaq adam ola bilmədin" yazılı pankart açıblar.
 
"Barselona" "Atletiko"nu Lionel Messinin 86-cı dəqiqədə vurduğu qolla məğlub edib – 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest