İspaniya milli komandası 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanını 4:0 hesabı ilə məğlub edərək dünya çempionatları tarixində unikal bir rekorda imza atıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "OptaJose" statistika portalı yayıb.

İspaniya yığması turnir tarixində 18 və ya daha kiçik yaşda olan iki fərqli futbolçunun qol vurduğu ilk komanda olaraq adını tarixə yazdırıb.

İspaniya millisinin heyətində bu uğura imza atan gənc ulduzlar 2022-ci ildə Kosta-Rika ilə matçda fərqlənən Qavi (18 yaş, 110 gün) və Səudiyyə Ərəbistanına qarşı keçirilən son qarşılaşmada qol vuran Lamin Yamal (18 yaş, 343 gün) olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı üzərində qazanılan darmadağınlıq qələbədən sonra xallarını 4-ə çatdıran İspaniya millisi H qrupunda liderliyini qoruyur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest