22 İyun 2026, 10:16
FUTBOL
"Tottenhem" klubu "Vest Hem"in gənc yarımmüdafiəçisi Mateus Fernandes üçün çılğın bir məbləğ ödəməyə hazırlaşır. London təmsilçisi 21 yaşlı futbolçunun transferi üçün "çəkiclər"ə 70 milyon avro təklif etməyə hazırdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Nikolo Şira paylaşıb.
Bildirilir ki, "Tottenhem" portuqaliyalı yarımmüdafiəçini aktiv şəkildə heyətinə qatmaq niyyətindədir.
İstedadlı futbolçu eyni zamanda "Real" və "Mançester Yunayted" kimi dünya nəhənglərinin də yaxından maraq dairəsində yer alır.
Ötən mövsüm "Vest Hem" forması ilə bütün turnirlərdə ümumilikdə 42 matça çıxan Fernandes, komandasına 5 qol və 5 məhsuldar ötürməlik töhfə verib.













