Almaniyanın "Borussiya" klubu futbolçusu Kristof Kramerin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, Münhenqladbax təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilə qədər olan sözləşmə imzalayıb. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
2016-cı ildən "Borussiya"da forma geyinən Kramer, bu mövsüm 13 oyuna çıxıb. Yarımmüdafiəçi Almaniya milli komandasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest