Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Bakıya gəlib. Matc.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda olub.

67 yaşlı çalışdırıcı AVRO-2020-nin oyunları üçün otel və təlim-məşq bazası seçimi ilə bağlı ölkəmizə səfər edib. "Ay-ulduzlular"ın nümayəndə heyəti ilə birlikdə paytaxtımıza tanışlıq məqsədilə gələn Günəş Bakı Olimpiya Stadionuna (BOS) da baş çəkəcək

Qeyd edək ki, iyunun 13-də BOS-da Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, 21-də isə İsveçrə - Türkiyə görüşləri paytaxtımızda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest