15 Sentyabr 2026, 19:14
FUTBOL
Tanınmış malili dayaq yarımmüdafiəçisi İv Bissuma karyerasını "Ayaks"da davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
30 yaşlı futbolçu ilə müqavilə müddəti artırılma variantı ilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Bissuma "Ayaks"a cari ilin iyul ayının əvvəlindən bəri daşıdığı azad agent statusu ilə keçəcək.
Bissumanın əvvəlki klubu 2022-2026-cı illərdə çıxış etdiyi "Tottenhem" olub. O, buna qədər "Real Bamako", "Lill" və "Brayton"un şərəfini qoruyub. 2016-cı ildə debüt etdiyi Mali millisində 50 matçda 5 qol vurub.








_1789490455.jpg)
_1789485061.jpg)



