UEFA Avropa Liqasında Liqa mərhələsinə start verilib.

Matc.az xəbər verir ki, turnirin ilk turu çərçivəsində bu gün 9 qarşılaşma baş tutub.

İlk oyun günündə gözlənilməz nəticələr qeydə alınıb. İtaliyanın "Milan" klubu doğma meydanda Portuqaliyanın "Benfika" komandasına iki cavabsız qolla məğlub olub.

Almaniya təmsilçisi "Bayer" isə Sloveniyanın "Selye" klubunu rahat şəkildə üstələyib.

Gecənin digər qarşılaşmalarında "Lion" və "Omoniya" minimal fərqlərlə qələbəyə sevindikləri halda, iki oyunda qapılara qol vurulmayıb.

UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr

"Ararat-Armeniya" (Ermənistan) – "Sparta" (Çexiya) - 1:4
Qollar: Bruno Vilson, 54 // Tobias Guddal, 19, 21, Con Merkado, 52, Patrik Vydra, 70

"Omoniya" (Kipr) – "Selta" (İspaniya) - 1:0
Qollar: Yan Balkovets, 88

"Milan" (İtaliya) – "Benfika" (Portuqaliya) - 0:2
Qollar: Dodi Lukebakio, 15, Yakub Kaminski, 52

"Anderlext" (Belçika) – "Lion" (Fransa) - 1:2
Qollar: Kasper Dolberq, 40 // Aleksandr Lakazett, 12, Said Benrahma, 65

"Bayer" (Almaniya) – "Selye" (Sloveniya) - 2:0
Qollar: Viktor Bonifeys, 28, Florian Virts, 74

"Hapoel" (Beer-Şeva, İsrail) – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0

"Olimpiakos" (Yunanıstan) – "Yagelloniya" (Polşa) - 2:1
Qollar: Ayoub El Kaabi, 34, Gelson Martins, 61 // Xesus İmaz, 45

"Şturm" (Avstriya) – "Renn" (Fransa) - 0:0

"Sanderlend" (İngiltərə) – "AZ Alkmaar" (Niderland) - 1:0
Qollar: Romendi Mundle, 68

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest