16 Sentyabr 2026, 10:29
FUTBOL
"Arsenal"ın 16 yaşlı hücumçusu Maks Doumen Liqa Kubokunda "İpsviç"lə oyunda (4:2) dubl etməklə adını İngiltərə futbolunun tarixinə yazdırıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb.
Bildirilir ki, "topçular"ın gənc yarımmüdafiəçisi bütün turnirlər daxil olmaqla, Premyer Liqa klubu heyətində bir oyunda 2 qol vurmağı bacaran bu yaşda ikinci futbolçu olub.
Bunu ilk dəfə hücumçu Ueyn Runi bacarıb. İngiltərə futbolunun gələcək ulduzu 2002-ci ilin oktyabrında Liqa Kubokunda "Reksem"lə matçda "Everton"un heyətində iki dəfə fərqlənib.
Maks Doumen "Arsenal"ın əsas komandasında bütün turnirlərdə 14 oyun keçirib, bu görüşlərdə 3 qol vurub və 1 məhsuldar ötürmə edib.













