İspaniya millisinin dayaq yarımmüdafiəçisi Rodri Madrid "Real"ını deyil, "Barselona"nı seçməsinin səbəbinin idman prinsipləri olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Bildirilir ki, 2024-cü il "Qızıl top" sahibi dünyanın iki ən yaxşı klubundan daha çox qalib gələ biləcəyi və bir futbolçu kimi inkişaf edəcəyi variantı seçdiyini etiraf edib.
"Sonda idman tərəfini üstün tutdum. Bu seçim məndə daha çox istək yaratdı və harada daha çox qazana, bir futbolçu kimi böyüyə biləcəyimi anladım. Bu, heç də asan qərar deyildi. "Real"a "yox" demək çətindir, xüsusən də mənə qarşı qüsursuz davrandıqları halda. Yekunda Deko və Hans-Flik məni razı sala bildilər", – deyə Rodri bildirib.
2026-cı ilin dünya çempionu madridlilərin baş məşqçisi Joze Mourinyo ilə danışdığını etiraf etsə də, söhbətin təfərrüatlarını açıqlamaq istəməyib.
"Şəxsi söhbətin məzmununu açmağı düzgün hesab etmirəm, lakin o, məni komandada görmək istədiyini bildirdi və kollektivə nələr qata biləcəyimdən danışdı. Mənə qarşı münasibət çox yaxşı idi. Qərarımı verəndə ona zəng etdim, maraq və diqqətə görə təşəkkürümü bildirdim. Onu möhtəşəm məşqçi hesab edirəm, karyerasının müxtəlif mərhələlərində bunu artıq sübut edib. "Real" bu çempionatda ciddi rəqib olacaq", – deyə ispan futbolçu qeyd edib.
Xatırladaq ki, Rodri 2026-cı ilin avqust ayının ortalarında Kataloniya klubunun oyunçusu olub və 2030-cu ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb. Transfer məbləği rəsmən açıqlanmayıb. Lakin söhbət 60 milyon avro və 15 milyon bonusdan gedir.
Rodri "Barselona"nın heyətində artıq 5 matçda (288 dəqiqə) meydanda olub. Hələlik məhsuldar ötürmə və ya qolla fərqlənməyib.












_1789431502.jpg)
