Futbol üzrə İspaniya millisinin baş məşqçisi Luis de la Fuente tezliklə komanda ilə müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilir ki, mütəxəssislə hazırkı müqavilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni sözləşmə isə daha 2 il – 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
De la Fuente 2022-ci il her ayından bəri İspaniya millisinə rəhbərlik edir. O, komanda ilə 49 oyuna çıxıb, bu matçlarda 37 qələbə qazanıb və iki məğlubiyyətlə üzləşib. Mütəxəssis ispanları Millətlər Liqası - 2023, AVRO-2024 və DÇ-2026-nın çempionluğuna daşıyıb.
Buna qədər De la Fuente İspaniyanın müxtəlif yaş qrupları üzrə gənclər yığmalarını, həmçinin "Portuqalete", "Aurrera", "Atletik" (Bilbao) və "Alaves" klublarını çalışdırıb.










_1789490455.jpg)
_1789485061.jpg)

