"Liverpul" Klublararası Dünya çempionatının iştirak ərizəsini açıqlayıb. Matc.az saytının məlumatına görə, baş məşqçi Yurgen Klopp turnirdə xidmətindən yararlanacağı heyəti açıqlayıb.

Klublararası Dünya çempionatına "qırmızılar" 3 qapıçı, 6 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu ilə qatılacaq. Müdafiəçi Joel Matip və yarımmüdafiəçi Fabinyo zədə səbəbindən yarışda iştirak etməyəcək.

Qapıçılar: Alisson Beker, Adrian, Endi Lonerqan

Müdafiəçilər: Vircil van Deyk, Deyan Lovren, Co Qomes, Endi Robertson, Trent Aleksander-Arnold, Uilyams

Yarımmüdafiəçilər: Corcinyo Veynaldum, Ceyms Milner, Nabi Keyta, Cordan Henderson, Aleks Oksleyd-Cemberleyn, Adam Lallana, Xerdan Şaqiri, Kurtis Cons, Hervi Ellio

Hücumçular: Roberto Firmino, Sadio Mane, Məhəmməd Salah, Rian Bryuster, Divok Oriqi

Qeyd edək ki, turnir Qətərdə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest