İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin prezidenti olduğu "İnter Mayami" klubunun MLS-də debüt edəcəyi vaxt bilinib. Matc.az xəbər verir ki, "İnter Mayami" MLS-də ilk matçına 2020-ci il, martın 1-də çıxacaq. 
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"İnter Mayami" ilk turda "Los Anceles"in qonağı olacaq. Komanda 2-ci turda isə "Los Anceles Qalaksi"ni qəbul edəcək.
 
Bekhem "İnter Mayami"nin prezidenti olmaqla yanaşı, həm də, klubun səhmlərinin bir hissəsinin sahibidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest