Azərbaycan Premyer Liqasında 2019-20 mövsümünün ilk yarısı başa çatıb. "Qəbələ" ilk iki dövrədə keçirdiyi 14 oyunda 13 xal toplayıb. Komandanı ilk üç turda meydana çıxaran Sənan Qurbanov və sonradan onu əvəzləyən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb.

Azərbaycan Premyer Liqasında 2019-20 mövsümünün ilk yarısı başa çatıb. Matc.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, bu komanda ilk iki dövrədə keçirdiyi 14 oyunda 13 xal toplayıb.

Komandanı ilk üç turda meydana çıxaran Sənan Qurbanov və sonradan onu əvəzləyən Elmar Baxşıyev bu qarşılaşmalarda 21 futbolçunun xidmətindən yararlanıb. İki oyunçu – Qismət Alıyevlə Davit Volkov "qırmızı-qaralar"ın çempionatakı bütün görüşlərində iştirak edib. Klubun yetirməsi olan Qismət meydanda daha çox dəqiqə keçirməklə komandanın bu göstəricidəki lideri olub – 1211 dəqiqə. Amin Seydiyev, ülvi İsgəndərov, Merab Qiqauri və Fernan Lopez hərəyə 13 matçda forma geyinib. 13 futbolçu oyunların yarıdan çoxunda - ən azı 8 dəfə meydanda olub.

"Qəbələ"nin mövsümün ilk yarısında vurduğu 14 qola 6 futbolçu imza atıb. 5 dəfə fərqlənən Davit Volkov komandanın ən yaxşı bombardiridi. ülvi İsgəndərov, Rövlan Muradov və Fernan Lopez hərəyə 2 qola sevinib. Qismət Alıyevlə Roman Hüseynovun hərəyə bir topu var. Komandanın bir qolu isə avtoqola imza atan Donald Geryenin ("Neftçi") hesabına yazılıb.

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Qismət Alıyev

14

1211

1

3

1

Davit Volkov

14

1182

5

1

0

Amin Seydiyev

13

1170

0

4

0

Merab Qiqauri

13

1139

0

6

0

Fernan Lopez

13

1060

2

7

0

ülvi İsgəndərov

13

570

2

2

0

Anar Nəzirov

12

1043

-17

3

1

Klesio Bauk

12

946

0

1

0

Roman Hüseynov

12

780

1

3

0

Rövlan Muradov

12

592

2

1

0

İvitsa Juniç

11

990

0

3

0

Yusif Nəbiyev

11

798

0

0

0

Asif Məmmədov

9

669

0

1

1

Sadiq Quliyev

6

324

0

1

0

Rasim Ramaldanov

5

400

0

1

0

Murad Musayev

5

272

0

1

0

Tərlan Əhmədli

4

215

-7

0

0

Faiq Hacıyev

4

145

0

2

0

Kristian Kouakou

4

118

0

0

0

İbrahima Niasse

3

193

0

1

0

İdris İnqilablı

1

8

0

0

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest