“Futbol azarkeşlərə məxsusdur! Dünyanın hər yerindəki azarkeşlərə təşəkkür edirəm. Qazandığım “Bütün dövrlərin “Qızıl top”  mükafatı həm də sizin də mükafatınızdır”. Matc.az xəbər verir ki, bunu “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo deyib.

O, “Bütün dövrlərin “Qızıl top” mükafatının sahibi seçilməsinə münasibət bildirərkən, azarkeşlərə təşəkkür edib.

Mükafatın 70 illiyi münasibətilə təşkilatçılar səsvermə keçirərək azarkeşləri “Bütün dövrlərin “Qızıl top”u müəyyən etməyə dəvət ediblər. Namizədlər siyahısına yalnız bu mükafatı ən azı iki dəfə qazanmış oyunçular daxil edilib: Lionel Messi, Kriştiano Ronaldo, Ronaldu (Nazario), Marko van Basten, Mişel Platini, Karl-Hayns Rummenigge, Kevin Kiqan, Frans Bekkenbauer, Yohan Kroyff və Alfredo Di Stefano.

Səsvermənin nəticələrinə əsasən, Kriştiano, xüsusilə də onun 2008-ci ildəki performansı, tarixdəki ən yaxşı “Qızıl top”un qalibi seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest