İngiltərə Premyer Liqasının XIX turunda "Nyukasl" üzərində böyükhesablı qələbə qazanan "Mançester Yunayted" bir futbolçusunu itirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Skott Maktominey sıradan çıxıb.

İlk yarının sonlarında dizindən xəsarət alan 23 yaşlı oyunçunun zədəsinin ciddiliyi barədə hələlik məlumat verilməyib. Ancaq baş məşqçi Ole-Qunnar Sulşer futbolçunun həftəsonu "Bernli" ilə qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, "Mançester Yunayted" - "Nyukasl" görüşü birincilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest