28 Noyabr 2026, 18:58
FUTBOL
“Turan”la oyun bizim üçün çox əhəmiyyətli idi. Çempionatın liderlərindən birinə və atletik cəhətdən çox güclü komandaya qarşı oynayırdıq. Hər şeyə rəğmən, düşünürəm ki, Tovuzda komandamız layiqli futbol nümayiş etdirdi.
Matc.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Məmmədov Azərbaycan PremyerLiqasınınXIII turunda "Turan Tovuz"a qarşı keçirilən oyundan danışarkən deyib.
O, “Turan”ın əsas silahlarından birinin standart vəziyyətlər və uzun ötürmələr olduğunu bildiyini söyləyib: "Turnir cədvəlində rəqibin bizdən üst pillədə olmasına baxmayaraq, asanlıqla məğlub olacağımızı göstərmədik. Təəssüf ki, oyundan məğlub ayrıldıq. Bununla belə, ən azı bir xal qazanmağa layiq olduğumuzu düşünürəm.
Həftə ərzində məşqlərdə bu epizodlara qarşı müdafiə olunmağa çalışırdıq. Lakin fiziki göstəricilər və boy baxımından rəqiblə müqayisədə üstün deyildik. Təəssüf ki, hər iki qolu uzun ötürmə və standart vəziyyətlərdən sonra buraxdıq.
Qarşıdakı üç oyunda da məqsədimiz maksimum xal toplamaqdır. Hər matça üç xal düşüncəsi ilə çıxırıq. Futbolçulara ilk növbədə müdafiədə diqqətli olmağı, qol buraxmamağı tapşırıram. Çalışacağıq ki, qarşıdakı görüşlərdə mümkün qədər çox xal qazanaq".





_1693395834.png)







