"Real"ın prezindenti Florentino Peres Pol Poqba barədə təəccüblü açıqlama verib. Matc.az xarici mətbuata istinadən bildirir ki,  klub rəhbəri adı Madrid təmsilçisi ilə hallanan fransalı oyunçu ilə bağlı suala "Poqba adlı birini tanımıram" deyib.

İspaniya mətbuatı isə israrla Poqbanın "Real"a keçəcəyini yazır. Hətta nüfuzlu "Marka" qəzeti transferin bu mövsüm başa çatacağını bəyan etmişdi. Ancaq Peresin bu açıqlamasının ardından oyunçun İngiltərədə qalacağı ehtmalını yüksəldib.

Qeyd edək ki, Pol Poqbanın "Mançester Yunayted"lə 2021-ci ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest