"Laureus World Sports Awards" mükafatının qalibləri məlum olub.
 
Matc.az xəbər verir ki, ilin ən yaxşı kimi idmançısı "Barselona"dan Lionel Messi və "Formula 1″də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton olub.
 
Mükafat uğrunda Messi və Hemiltonla yanaşı, tennisçi Rafael Nadal, qolfçu Tayger Vuds, atlet Eliud Kipçoqe və motoyürüşçü Mark Markes mübarizə aparırdı.
 
"Laureus" mükafatı 1999-cu ildə bir neçə beynəlxalq fond tərəfindən təsis edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest