Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Turan Tovuz " – "Neftçi-2" oyununda "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Meydan sulanmadığına görə "Turan Tovuz" 80 manat cərimə olunub. Oyunöncəsi iclasda təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə "Turan Tovuz" 40 manat cərimə olunub. "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
"Qarabağ-2" – "Zirə-2" oyununda "Qarabağ"ın futbolçusu İzzət Müştaqov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Qarabağ"ın futbolçusu Şirxan Həsənzadə ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. "Zirə"nin futbolçusu Rüstəm Rüstəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
"Sabah-2" – "Səbail-2" oyununda "Sabah"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunöncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə "Sabah" 40 manat cərimə olunub. "Səbail"in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest