24 Noyabr 2026, 08:37
FUTBOL
"Əlbəttə, stadionda məşq etmək imkanımız olsaydı, bəlkə də bunu seçərdik. Lakin bu, gündəlik iş rejimimizi dəyişmir"
“Aston Villa”nın baş məşqçisi Unay Emeri komandasının Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Qalatasaray”la keçirəcəyi oyun öncəsi hazırlıq prosesi barədə danışıb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmadan bir gün əvvəl məşqin İstanbulda deyil, İngiltərədə keçirilməsi ilə bağlı qərara aydınlıq gətirib.
Buna səbəb “Qalatasaray”ın ev stadionu olan “RAMS Park”ın ot örtüyündə aparılan təmir işləridir.
Emeri bildirib ki, komandanın səfər oyunları öncəsi məşqləri öz bazasında keçirməsi adi iş rejiminin bir hissəsidir. Onun sözlərinə görə, yalnız uzaq məsafəli səfərlər və ya saat qurşağı fərqi olduqda hazırlıq prosesi üçün fərqli seçimə üstünlük verirlər.
Baş məşqçi ötən mövsüm “Fənərbağça” ilə qarşılaşma öncəsi də məşqin səfər ölkəsində keçirildiyini xatırladıb. O, İstanbulda stadionda məşq etmək imkanının olacağı təqdirdə bundan istifadə edə biləcəklərini də istisna etməyib:
“Bu, bizim adət etdiyimiz yanaşmanı dəyişmir. Başqa ölkəyə səfər etməzdən əvvəl məşqlərimizi “Bodymoor Heath”da keçirməyə üstünlük veririk. Əlbəttə, stadionda məşq etmək imkanımız olsaydı, bəlkə də bunu seçərdik. Lakin bu, gündəlik iş rejimimizi dəyişmir.
Bu, heç bir bəhanə ola bilməz, çünki vəziyyət hər iki komanda üçün eynidir. Biz hazırıq, diqqətimizi cəmləmişik və rəqibimizi təhlil etmişik”.





_1692281007.jpg)







