İngiltərənin “Mançester Yunayted” klubu 2013-cü ildən sonra ilk dəfə avrokuboklarda 5 və daha çox qol fərqi ilə qələbə qazanıb.
 
Matc.az xəbər verr ki, “qırmızı şeytanlar” buna Belçika “Brügge”sini 5:0 (ilk oyun 1:1) hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununda nail olublar.
 
İngiltərə təmsilçisi son olaraq 2013-cü ildə Çempionlar Liqasının qrup mərhələsində Almaniya “Bayer”ini (Leverkuzen) eyni hesabla üstələyib.
 
Qeyd edək ki, “Mançester Yunayted” Avropa Liqasında 1/8 finalında Avstriya LASK-ı ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest