"Tottenhem"in hücumçusu Rişarlison karyerasını Braziliyanın "Vasko da Qama" klubunda davam etdirmək istədiyi üçün London təmsilçisi ilə müqaviləni ləğv etməyi planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə "Ge Globo" portalı məlumat yayıb.

Bildirilir ki, futbolçunun vəkilləri artıq bu variant üzərində işləyirlər. Rişarlison bu mövsüm İngiltərə Premyer Liqasının iştirak ərizəsindən çıxarılmasından və gənclər komandasına göndərilməsindən narazıdır.

Braziliyalı ulduz uşaqlıqdan azarkeşlik etdiyi "Vasko da Qama"ya keçmək niyyətindədir. Klublar arasında danışıqlar aparılsa da, hazırda bu transferin reallaşma ehtimalı aşağı qiymətləndirilir. Belə ki, London təmsilçisi hücumçusu üçün 20 milyon funt-sterlinqdən çox təzminat tələb edir, Braziliya klubu isə bu məbləği ödəmək gücündə deyil.

Rişarlisonun yaxın ətrafı bu vəziyyəti müqaviləsini birtərəfli qaydada ləğv edən braziliyalı müdafiəçi Renan Lodi ilə baş verən hadisəyə bənzədir. Lodi çempionat ərizəsindən çıxarıldıqdan sonra məhkəmədə sübut etmişdi ki, klub bu qərarla onun peşəkar fəaliyyətlə məşğul olmasına mane olub.

Xatırladaq ki, Rişarlison 2022-ci ildə "Everton"dan "Tottenhem"ə transfer olunub. 29 yaşlı forvard o zamandan indi kimi komandanın heyətində 134 matçda 32 qol vurub və ötən mövsüm 11 qolla "Tottenhem"in Premyer Liqada ən məhsuldar oyunçusu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest