“Vulverhempton”un yarımmüdafiəçisi Ruben Neveş “Yuventus”a keçə bilər. Matç.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, portuqaliyalı futbolçunun artıq yanvarda bu ölkəyə köçməsi gözlənilir.

Turin klubunun idman direktoru Fabio Paratitsi Neveşin meneceri Jorje Mendeşlə bir araya gəlib. Görüşdə “qoca sinyora”nın prezidenti Andrea Anyelli də iştirak edib. İtalyanlar qış fasiləsində onu heyətə cəlb etmək niyyətindədilər. Baş məşqçi Massimiliano Alleqri də Çempionlar Liqasının pley-off mərhələsindən etibarən bu cür oyunçuya ehtiyac duyduğunu bildirib. Jorjo Mendeşin iki oyunçusu Kriştianu Ronaldo və Joao Kanselonun “Yuventus”a transferi Neveşin də keçmək ehtimalını artırır.

Qeyd edək ki, Ruben Neveş “Vulverhempton”a ötən ilin yayında 17 milyon funt-sterlinqə “Porto”dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest