Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, idmançı bu qərarın düzgün olduğunu bildirib

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı fikirlərini açıqlayıb. Matc.az xəbər verir ki, idmançı bu qərarın düzgün olduğunu bildirib:

"Son xəbərə görə çox pis oluram. Lakin hər bir işdə xeyir var. Bütün dünyanın koronavirusla mübarizə apardığı bir zamanda, bu, doğru qərar idi. Səbir edib, sona qədər mübarizə aparmaq lazımdır. Hər kəsə güc, səbir, ruzi və sağlamlıq arzu edirəm".

Qeyd edək ki, Tokio-2020 iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest