Madrid "Real"ı İspaniya çempionatının 7-ci turu çərçivəsində "Atletiko" ilə derbi oyununda (1:2) 2015-ci ilin fevralından bəri La Liqa matçlarında gözlənilən qollar (xG) statistikasında ən pis nəticəsini göstərib.
Matc.az xəbər verir ki, bu barədə "Opta Analyst" statistika portalı "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, "Real"ın bu matçdakı xG göstəricisi 0,32 təşkil edib. "Atletiko" isə 2,38 qolluq şans yaradıb.
Qeyd edək ki, həmin vaxt da "Real" derbidə "Atletiko" ilə qarşılaşmışdı. Görüş Dieqo Simeonenin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Həmin "Real"a Karlo Ançelotti rəhbərlik edirdi.
Altı oyundan sonra "Atletiko" 16 xal toplayaraq La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Real" 15 xal qazanıb və dördüncü sırada yer alıb.













