İtaliyanın "Sampdoriya" klubunda koronavirusa yoluxan bütün futbolçular sağalıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin baş məşqçisi Klaudio Ranyeri yerli mətbuata açıqlamasında deyib.
 
O, koronavirus testi müsbət çıxan futbolçuların tamamilə sağaldığını, mütəmadi olaraq nəzarətdə qalacaqlarını bildirib.
 
"Sampdoriya"da komandanın 15 üzvünün koronavirusa yoluxduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest