Futbol üzrə Almaniya 2-ci Bundesliqasında koronavirus pandemiyasına görə dayandırılmış 2019/20 mövsümü bərpa olunub.
 
Matc.az xəbər verir ki, bu gün 26-cı tura start verilib.
 
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge" klubu da növbəti matçına çıxıb. Aue təmsilçisi doğma meydanda "Sandhauzen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da Dmitri vurub. O, 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə cari mövsümdə vurduğu qolların sayını 9-a çatdırıb.
 
26 turdan sonra 37 xala malik "Ersgebirge" 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest