"Yuventus" "Barselona"nın yarımmüdafiəçisi Artur Melonu heyətinə cəlb etmək niyyətindədir. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki,  Turin təmsilçisi buna görə Miralem Pyaniçin Kataloniya klubuna keçməsinə icazə verəcək.

Məlumata görə, "Barselona" bosniyalı futbolçu üçün "Yuventus"la danışıq aparır. A Seriyası təmsilçisi isə oyunçuya qarşılıq Arturu tələb edib. Kataloniyalılar əvvəlcə bunu qəbul etməsə də, tərəflər arasında razılıq əldə olunduğu bildirilir.

Qeyd edək ki, 22 yaşlı braziliyalı futbolçu 2018-ci ildən "Barselona"da çıxış edir. O, bu günə qədər La Liqada 62 oyunda çıxış edib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest