Türkiyənin "Beşiktaş" klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də bazada çalışanlardan çərşənbə günü götürülən testlərin nəticəsi bu gün açıqlanıb.
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu üzdən də İstanbul təmsilçisi öncədən planlaşdırılmış məşq proqramına uyğun hazırlığını davam etdirir.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə martdan bəri dayandırılan Türkiyə Super Liqasında mövsüm iyunun 12-dən etibarən bərpa olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest