Avstriyanın LASK klubu koronavirus pandemiyasına görə müəyyən olunan idman protokollarına əməl etmədiyi üçün cəzalandırılıb.
 
Matc.az xəbər verir ki, Bundesliqa rəhbərliyinin qəbul etdiyi qərarlara uymayaraq, kollektiv məşqlər edən LASK-ın 6 xalı silinib.
 
Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Linz təmsilçisi 75 min avro da cərimə olunub.
 
Bundesliqada əvvəl 27 xalla lider olan LASK, hazırda 21 xalla 2-ci sıradadı. Lider isə 24 xalla “Zalsburq”du.
 
LASK klubunun bu qərara etiraz etmək hüququ var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest