Futbol üzrə Yunanıstan Super Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, çempionatın 30-cu turunda AEK-ə 2:1 hesabıyla qalib gələn "Olimpiakos" sona 6 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
Xallarının sayını 78-ə çatdıran komanda, 59 xalla 2-ci pillədə qərarlaşan PAOK üçün əlçatmaz olub.
 
Bu, "Olimpiakos"un tarixində 45-ci çempionluğudu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest