İran millisinin və "Persepolis"in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "Neftçi" 25 yaşlı hücumçu ilə yaxından maraqlanır.

"Ağ-qaralar"ın oyunçuya bir mövsüm üçün 300 000 avro maaş təklif etdiyi iddia edilir. Əlipur üçün Macarıstandan da təklif olduğu ancaq tərəflərin razılığa gələ bilmədiyi vurğulanıb.

Qeyd edək ki, ötən mövsüm 16 oyunda meydana çıxan forvard 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 3 dəfə İran millisinin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest