"çelsi"nin yarımmüdafiəçisi Villian klubdan ayrıla bilər. Matc.az xəbər verir ki, braziliyalı London təmsilçisinin yeni təklifini rədd edib.

Villianın sözləşməsi iyunda sona çatıb. "Zadəganlar" ona 2022-ci ilə qədər yeni müqavilə təklif etsə də, futbolçu razılaşmayıb. Buna səbəb 31 yaşlı yarımmüdafiəçinin 3 illik müqavilə istəməsidir.

Qeyd olunur ki, "Arsenal" artıq Villianla danışıq aparır. "Topçular"ın onun tələbinə uyğun təklif verəcəyi bildirilir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest