20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" ilə yoxlama oyunu keçirib.

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə təlim-məşq toplanışı çərçivəsində "Qəbələ" ilə yoxlama oyunu keçirib.

Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin qolunu Elyas Bağcı vurub.

Qeyd edək ki, U-20 millimiz oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest