"Barselona"nın 19 yaşlı mərkəz yarımmüdafiəçisi Mark Bernalın klubla yeni müqaviləsində təzminat məbləği 500 milyon avro təşkil edəcək.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Bildirilir ki, bu addımla "Barselona" gənc istedadlarından birinin gələcəyini təmin etməyə və digər klubların mümkün marağı qarşısında öz mənafelərini qorumağa çalışır.

Daha əvvəl razılaşmanın 2031-ci ilin yayına kimi nəzərdə tutulacağı, futbolçunun maaşının isə artırılacağı barədə məlumat verilmişdi.

Bernal "Barselona"nın yetirməsidir. Futbolçu 2026/2027 mövsümündə İspaniya çempionatında 7, UEFA Çempionlar Liqasında isə 1 dəfə meydana çıxıb. Onun aktivində 2 məhsuldar ötürmə var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest