"Qəbələ"nin futbolçusu Ceyms Adeniyi yaxın günlərdə komandaya qoşulacaq.
 
Bu barədə baş meneceri Zaur Əzizov məlumat verib.
 
O bildirib ki, nigeriyalı hücumçu Azərbaycana qayıtsa da, komandada qalmayacaq: "Adeniyiyə ölkə xaricindən bir neçə təklif var. Hazırda onları dəyərləndiririk. Yüksək ödənişli oyunçu olduğundan, böyük ehtimalla, "Qəbələ"dən ayrılacaq".
 
Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi həmin mövsüm 31 oyuna 12 qol vurmuşdu. Afrikalı forvard 2019/2020 mövsümünü icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda keçirib. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest