“Tottenhem”in keçmiş baş məşqçisi Mauritsio Poçettino gələcək karyerası barədə danışıb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis adının çəkildiyi klublardan təklif almadığını açıqlayıb:

 “Barselona”dan mənə heç bir təklif gəlməyib, Bartomeu ilə görüşməmişəm. Düzdür, klubun idman direktoru Ramon Planes ilə nahar etdim. Ancaq onunla “Espanyol”da birlikdə çalışmağa başladığımız 2009-cu ildən bəri dostuq. Adım daima PSJ, “Yuventus” və “İnter” kimi klublarla çəkilir. Onların heç birindən rəsmi təklif gəlməyib. Yalnız “Monako” və “Benfika”dan mənə zəng gəlib. Bir müddət “Real”la da adım hallandı. Bu klubu nə vaxtsa çalışdıracağımı bilmirəm. “Real” dünyanın ən yaxşısı klubu deyilsə də, ən yaxşılardan biridir. Orada çalışmaq hər məşqçinin xəyalıdır”.

Qeyd edək ki, Poçettinonun son klubu “Tottenhem”olub. O, ötən ilin noyabrında oradan ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest