Bu gün Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur.

Matc.az xəbər verir ki, mərhələnin sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

"Ağdaş" komandası öz meydanında "Hypers"i qəbul edəcək. Ağdaş şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 14:30-da start götürəcək.

Bu görüşü Mahmud Bağırzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr (cümə)

14:30. "Ağdaş" – "Hypers" - 0:0
Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Ağdaş şəhər stadionu

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest