Azərbaycan Müdafiə Nazirliyi düşmənin Ağdərənin Tonaşen kəndi istiqamətində cəmləşmiş qüvvələrinə qarşı aparılan döyüşlər barədə yeni kadrlar yayıb. Nazirliyin məlumatında deyilir ki, Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci polkunun 2-ci batalyonu qoşunlarımızın güclü zərbələrinə məruz qaldığından komandanlıqdan təcili kömək istəyib.

Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest