İngiltərənin "Everton" klubunun müdafiəçisi Luka Din əməliyyat olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə futbolçunun son məşqlərin birində zədə aldığı diqqətə çatdırılıb. Onun dəqiq bərpa müddəti isə açıqlanmayıb.
 
"Everton" Premyer Liqanın cari mövsümündə 9 oyuna topladığı 16 xalla 6-cı pillədə qərarlaşıb. Din bu oyunların 8-də meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest