"Komanda kimi debüt ili o qədər də uğurlu alınmadı. Xüsusən də, Xorvatiyaya 0:6 hesablı məğlubiyyət bizim üçün yaxşı dərs olmuşdu". Matç.az saytının məlumatına görə, bunu Kosovo millisinin yarımmüdafiəçisi Arber Zeneli deyib.

FİFA-nın rəsmi saytına açıqlama verən 23 yaşlı futbolçu geridə qalmaqda olan ili dəyərləndirib. "Herenven"in oyunçusu, xüsusən də, Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən son görüşü fərqləndirib: "Millətlər Liqası bizim üçün önəmli yarışa çevrilmişdi. Federasiya prezidentimiz Fadil Fokri yenicə dünyasını dəyişmişdi. Ona olan əbədi minnətdarlığımızı turnirdəki nəticəmizlə göstərmək istədik. ümumilikdə isə yeni bir ölkə kimi, 2018-ci il bizim üçün uğurlu keçdi. Millətlər Liqasındakı mübarizə diqqət mərkəzində oldu. Qrup birincisi olmağı hədəfləmişdik. Azərbaycanla son oyunun nəticəsi isə həm bizim, həm də ölkəmiz üçün fantastik oldu. çılğın gecə idi. Azərbaycanın Kosovoda bizə qalib gələcəyi və qrup birincisi olacağı gözlənilirdi. Ancaq bizim yalnız bir planımız var idi, bunu da mükəmməl həyata keçirdik".

Kosovodakı son tur matçında millimizin qapısından 3 top keçirən və böyükhesablı qələbənin (4:0) memarı olan Zeneli AVRO-2020-nin seçmə mərhələsindən də iddialı danışıb: "Bilirik ki, Millətlər Liqasında pley-off mərhələsini təmin etmişik. Ancaq bu o demək deyil ki, Avropa çempionatının seçmə mərhələsində mübarizə aparmayacağıq. Əgər bacarırıqsa, niyə də final mərhələsinə vəsiqəni seçmə tsikldən qazanmayaq? İtiriləcək heç nəyimiz yoxdu. Əgər seçmə mərhələdən alınmasa, Millətlər Liqasında bunu həyata keçirmək üçün cəmi iki oyunumuz olacaq. Bu da növbəti ili daha maraqlı edəcək".

Qeyd edək ki, Kosovo Millətlər Liqasının pley-off mərhələsində Makedoniya ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest