Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyunu “Zirə”nin tarixində ilk dəfə yarımfinala yüksəlməsi ilə nəticələnib. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, evdəki ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun yetirmələri rəqib meydanında da qələbə qazanıb – 3:2.

Tarixində 5-ci dəfə kubok yarışına qatılan bakılılar 2014/15 mövsümündə 1/16 finalda, son üç ildə isə (2015/16, 2016/17, 2017/18) 1/4 finalda mübarizəni dayandırmışdı. Bu dəfə “Zirə” 1/4 final səddini adlayıb. “Bayıl Arena”dakı görüşdə vurulan sonuncu qol yubiley xarakteri daşıyıb. Adil Nağıyevin 74-cü dəqiqədə vurduğu top “Zirə”nin Azərbaycan kuboku tarixində 15-ci qolu olub.

Qeyd edək ki, turnirdə 12 oyun keçirən komanda 7 qələbə qazanıb, 5 məğlubiyyət alıb və 17 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest