"Sabah" futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

"Sabah" Futbol Klubu Abbas Ağazadə ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Abbas 2019-cu ildən "Sabah"da çıxış edirdi.
 
"Sabah" futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest